Düşüncəni dəyişməyin yolları

Viktor FranklBiri var idi, biri yox idi, bir Viktor var idi. 

Psixologiya professoru, yəhudi idi. Hitler Almaniyası vaxtında digər yəhudilər kimi onu və ailəsini də ölüm düşərgəsinə sürgün etmişdilər. Bu düşərgələrdə insanları qul kimi işlədir, onları döyür, ac saxlayır, zülm edir və öldürürdülər. İnsanlar dəli olmaq həddinə çatır, çoxları özünə qəsd edir, sağ qalanlar böyük psixoloji travma alırdılar.

Viktor da çox əziyyət çəkirdi, gözünün qarşısında ailəsini qul kimi işlədir, işgəncə verirdilər. Hər gün psixoloji vəziyyəti daha da pisləşirdi. Viktor başa düşürdü ki, ətrafdakı hadisələr onu dəlilik həddinə çatdırmağa doğru gedir. Vəziyyətdən çıxış yolunu düşüncələrini dəyişməkdə tapdı. O fikirləşdi ki, əgər baş verən hadisələrə başqasının gözü ilə baxsa və bu hadisələrə sonradan tələbələrinə danışacağı, yaxud kitabda yazacağı əhvalat kimi təsəvvür etsə indiki kimi əziyyətli, qorxulu olmaz. Beləliklə, ona işgəncə veriləndə Viktor bunun nə qədər ağrılı olması əvəzində tələbələrinə nə danışacağı haqda ssenarilər qurur, kitabında bu olanları necə yazacağı haqda düşünürdü.


Ardı →